Berti Foqts Almaniyadan millimizə daha bir oyunçu çağırdı
26 noyabr 2012 18:32 (UTC +04:00)

Berti Foqts Almaniyadan millimizə daha bir oyunçu çağırdı

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “Kayzerslautern”in ikinci komandasında çıxış edən Rüfət Dadaşovdur.

Dadaşov yığmamızın dekabrın 3-də Bakıda start götürəcək təlim-məşq toplantısına dəvət alan 25 oyunçu arasındadır. Almaniyadakı soydaşımız istisna olmaqla, qalan futbolçular Topaz Premyer Liqasında çıxış edirlər. Yalnız “Kəpəz”in təmsil olunmayacağı hazırlıq prosesinə qalan 11 yerli klubdan ən azı 1 oyunçu çağırılıb:

Eyyub Əliyev, İlkin Qırtımov, Asif Mirili, Murad Səttarlı (hamısı “Simurq”), Aqil Məmmədov, Şəhriyar Əliyev, Namiq Ələsgərov (hamısı “Bakı”), Vurğun Hüseynov, Urfan Abbasov, Rövşən Əmiraslanov (hamısı “Qəbələ”), Tural Nərimanov, Taqim Novruzov, Orxan Həsənov (hamısı AZAL), Ruslan Qurbanov, Pərdis Fərcad-Azad, Orxan Əliyev (hamısı “Sumqayıt”), Emil Balayev, Eşqin Quliyev (“Neftçi”), Ağabala Ramazanov, Kazım Kazımlı (hər ikisi “Xəzər Lənkəran”), Tural Axundov (“Rəvan”), Samir Zərgərov (“İnter”), Elnur Abdulov (“Qarabağ”), Azər Məmmədov (“Turan”), Rüfət Dadaşov (“Kayzerslautern II” (Almaniya)

Qeyd edək ki, Emil Balayev və Eşqin Quliyev millinin təlim-məşq toplanışına “Neftçi”nin heyətində “İnter”ə qarşı dekabrın 6-da İtaliyanın Milan şəhərində keçiriləcək Avropa Liqası matçına getməyəcəkləri təqdirdə qatılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070

Oxşar yazılar