Şok iddia: “Bakı”nın futbolçusu “Neftçi”yə qarşı qəsdən oynamayıb
Lent.az-ın əldə etdiyi məlumata görə, syerra-leoneli dayaq yarımmüdafiəçisinin bilərəkdən zəif oynadığına dair şübhələr yaranıb.
Klub rəsmiləri daim sabit çıxışı ilə seçilən 30 yaşlı syerra-leonelinin məhz flaqman qarşısında kobud səhvlərə yol verməsini qəbul edə bilmir. Xüsusən, onun ilk dəqiqələrdə “Neftçi”yə fərqlənmək imkanı yaratması, amma rəqibin bu imkandan yararlana bilməməsi, “Bakı” hesabı açdıqdan az sonra Karqbonun penaltiyə səbəbkar olması və nəhayət, uzatma dəqiqələrində Flavinyonun qoluna əngəl olmaması birmənalı qarşılanmayıb. Hətta onun “Neftçi”nin heyətində çıxış edən həmyerlisi və Syerra-Leone yığmasındakı komanda yoldaşı Culius Vobayla gizli sövdələşməyə getmə ehtimalı araşdırılır.
Karqbonun özü isə Lent.az-a açıqlamasında “Neftçi”yə qarşı çox da pis oyun sərgiləmədiyini iddia edib. Artıq 2,5 ildir ki, “Bakı”da çıxış etdiyini xatırladan futbolçu “Peşəkar futbolçuyam. Hamı nəyə qadir olduğumu bilir. Klubumun uğurları üçün bütün gücümü sərf edirəm. Ona görə də buradayam” deyib.
Konkret, epizodlara gəlincə, təcrübəli yarımmüdafiəçi baş hakim Elçin Məmmədovun 62-ci dəqiqədə düzgün penalti qərarı vermədiyini bildirib. Onun fikrincə, bunu epizodun videotəkrarından da görmək olar: “Mən topa oynamışdım. Zərbəni Flavinyonun ayağına yox, topa vurmuşdum. Bu da qaydalara əsasən, penalti sayılmır”.
Flavinyo “Neftçi”yə penalti qazandırmaqla bərabər, uzatma dəqiqələrində qələbə topunun müəllifi də olub. Karqbo həmin epizodda da özünü tam günahkar saymayıb: “Çünki mən Vobayın qarşısını kəsmişdim. Flavinyonu isə Şəhriyar Əliyev saxlamalı idi”.
Vobayla sövdələşməyə getməsinə dair şübhələrə isə o, belə reaksiya verib: “Biz Culiusla həmyerli olsaq da, Azərbaycanda ayrı-ayrı komandalarda çıxış edirik. Hər birimiz öz komandamızın uğurları üçün çalışırıq”.
Karqbo zəif oynaması ilə bağlı “Bakı” rəhbərliyindən iradlar aldığını təsdiqləyib. Lakin o, iradları qəbul etmir: “Rəhbərliyin bu barədə mənimlə söhbəti olub. Lakin mən iradları dinləsəm də, qəbul etmirəm. Hamı məni penaltiyə görə qınayır. Amma yenə deyirəm: epizodun videotəkrarına baxsanız, penaltinin olmadığını görərsiniz. Flavinyonun qoluna gəlincə, müdafiənin gerisinə çəkilmişdim ki, qolun qarşısını alım. Amma o, qol vurmağa macal tapdı. Mən daim “Bakı”nın uğurları naminə çalışır, bunun üçün hər şeyi edirəm. Həyatda həm yaxşı, həm də pis günlər olur. Həmişə bütün gücümü klubuma sərf edirəm. Amma “Neftçi” ilə oyundan sonra hamı məni qınayır. Bu, futboldur. Futbolda hər şey ola bilər”.
“Bakı”nın meneceri Vüqar Hüseynzadə isə Lent.az-a bildirib ki, Karqbo “Neftçi”yə qarşı həqiqətən də imkanlarından aşağı çıxış edib. Onun sözlərinə görə, belə vacib oyunda təcrübəli yarımmüdafiəçi kobud səhvlərə yol verməməli idi. Hüseynzadə yaxın günlərdə afrikalı oyunçuya qarşı tədbir görüləcəyini də bildirib. Lakin o, cəzanın nədən ibarət olacağını açıqlamayıb.
Elşən MƏMMƏDOV

1439