Azərbaycan yığması İrəvanda təcrid olunacaq
26 noyabr 2012 17:14 (UTC +04:00)

Azərbaycan yığması İrəvanda təcrid olunacaq

Lent.az-ın məlumatına görə, yığmamız Bakıdan Gürcüstanın paytaxtı Tiflisə, oradan isə çarter reysi ilə düşmən ölkəyə uçub.

Çempionatda 55 ölkədən 620 idmançı iştirak edəcək. Ölkəmizi 7 boksçu təmsil edəcək. Nümayəndə heyətimiz ümumilikdə 12 nəfərdən ibarətdir. Ermənistan Boks Federasiyasının (EBF) prezidenti Arman Muradyan keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan millisinə hər cür şərait yaradılıb: “Onlar təhlükəsiz şəraitdə olacaqlar və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının normalarına uyğun bütün şərtlərlə təmin olunacaqlar”.

EBF-in vitse-prezidenti Derenik Qabrielyan isə millimizin digər komandalardan təcrid olunacağını açıqlayıb: “Biz Azərbaycanda olarkən, təhlükəsizliyimiz üçün nə mümkündürsə, edilib. Biz də belə hərəkət etməli və onların təhlükəsizliklərini təmin etməliyik. Bunu Beynəlxalq Həvəskar Boks Assosiasiyası da tələb edir. Azərbaycan boksçuları təcrid olunmuş şəraitdə yaşayacaqlar. Bu, onların tələbidir. Hətta onlarla ünsiyyət də mümkün olmayacaq. Azərbaycanın 12 nəfərlik nümayəndə heyətində federasiya nümayəndələri, idmançılardan əlavə, məşqçilər və həkim də var. Onlarla bağlı hansısa problemin olacağını düşünmürəm. Həmçinin, Türkiyə yığması üçün də problem görmürəm. Çempionatın bütün iştirakçılarının təhlükəsizliyinə təminat verilib”.

Qeyd edək ki, dekabrın 8-dək davam edəcək dünya çempionatında ölkəmizi Tural Əhmədov (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Pərviz Bağırov (64 kq), Saqi Salehli (69 kq), Orxan Mayıllı (75 kq), Rauf Rəhimov (81 kq) və Rahil Məmmədli (91 kq) təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1466

Oxşar yazılar