“Simurq”un futbolçusu əfv olundu
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda Zaqatalanın “Simurq” klubunun müraciətinə baxılıb.
Müzakirələrdən sonra qərara alınıb ki, AFFA İntizam Komitəsinin (İK) “Simurq”un futbolçusu Qərib İbrahimov barədə çıxardığı 4 oyunluq diskvalifikasiya qərarı qüvvədə saxlanılsın. Əvəzində komandanın daha bir oyunçusu İlkin Qırtımovla bağlı İK-in qərarı qismən dəyişdirilib. Qırtımov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində İlkin Qırtımov analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq. Beləliklə, Qırtımov “İnter”lə növbəti tur matçında meydana çıxa biləcək. İbrahimov isə daha 3 tur “dincələcək”.
Qeyd edək ki, “Simurq”un oyunçuları “Turan”la qarşılaşmada meydandan qovulublar. İbrahimov hakimi təhqir etdiyi üçün və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alıb. Qırtımov isə aqressiv hərəkətə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alıb. İK hər iki futbolçunu 4 oyunluq cəzaya, klubu 4000 manat cəriməyə məruz qoyub.

1453