Bakıda idman qurğuları ilə bağlı beynəlxalq konfrans
23 noyabr 2012 14:22 (UTC +04:00)

Bakıda idman qurğuları ilə bağlı beynəlxalq konfrans

Noyabrın 27-də Bakıda “İdman qurğularının idarə edilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayacaq. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyevin Lent.az-a verdiyi məlumata görə, üç gün davam edəcək tədbir MDB ölkələrinin İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuş 2012-ci il – “İdman və sağlam həyat tərzi ili”nin Tədbirlər Planına əsasən təşkil olunub.

Konfrans bədən tərbiyəsi və idman sahəsində beynəlxalq təcrübə mübadilələri baxımından xüsusi əhəmiyyətə malikdir. Rəsmi açılış mərasimi noyabrın 27-də saat 11:00-da Milli Olimpiya Komitəsinin inzibati binasında keçiriləcək. Ardından Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan gələn idman sahəsi üzrə mütəxəssislərin, Azərbaycanda fəaliyyət göstərən olimpiya idman kompleksləri və digər idman qurğuları rəhbərlərinin “Bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı”, ”Regionlarda bədən tərbiyəsi və idmanın inkişafında idman qurğularının rolu”, “İdman komplekslərinin tikintisində əsas tələblər” və digər mövzular ətrafında məruzələri dinləniləcək.

Noyabrın 28-də konfrans yekunlaşdıqdan sonra, günün ikinci yarısında tədbir iştirakçıları Otüstü Hokkey Kompleksi və Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə yaxından tanış olacaq, “Baku Expo Center”də 1-ci Azərbaycan eynəlxalq idman, idman ləvazimatı və geyim sərgisində iştirak edəcəklər. Noyabrın 29-da qonaqlar idman qurğularının səmərəli fəaliyyəti və Tennis Akademiyası, “Sərhədçi” İdman Olimpiya Kompleksi və yenidən qurulmuş müasir T.Bəhramov adına Respublika stadionu ilə yaxından tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290

Oxşar yazılar