İqor Mitrseki: Erkən qol vurduq, amma...
23 noyabr 2012 04:09 (UTC +04:00)

İqor Mitrseki: Erkən qol vurduq, amma...

“Neftçi” klubunun müdafiəçisi İqor Mitreski Avropa Liqasının V turunda “Partizan”la keçirilən oyundan sonra fikirlərini açıqlayıb. Makedoniyalı legioner apasport.az saytına açıqlamasında bildirib ki, 10-cu dəqiqədə vurduqları qoldan sonra fasiləyədək daha bir dəfə də fərqlənə bilərdilər: “Erkən qol vurduq, amma fasiləyədək üstünlüyümüzü artıra bilərdik. Bunu bacarmadığımız üçün rəqib ikinci hissədə bizi cəzalandırdı. Xüsusilə, ikinci hissənin ilk 15-20 dəqiqəsi ərzində xeyli səhvlərə yol verdik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735

Oxşar yazılar