Ramin Musayev xəstəxanadan çıxdı
22 noyabr 2012 12:24 (UTC +04:00)

Ramin Musayev xəstəxanadan çıxdı

Bu barədə Lent.az-a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.

O bildirib ki, Musayev noyabrın 22-də saat 11:00-da xəstəxananı tərk edib. PFL prezidentinin ürəyində müayinə aparılıb. Həkimlər onun vəziyyətini qənaətbəxş qiymətləndiriblər.

Qeyd edək ki, Ramin Musayevin səhhətində problem yaranması barədə ilk xəbəri apasport.az saytı yayıb. Xəbərdə bildirilir ki, Musayev noyabrın 20-də “Modern” klinikasına aparılıb. Oradan isə Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1657

Oxşar yazılar