Çempionlar Liqası: Daha 6 klub 1/8 finalda
22 noyabr 2012 11:28 (UTC +04:00)

Çempionlar Liqası: Daha 6 klub 1/8 finalda

Lent.az-ın məlumatına görə, ikinci oyun günündə turnirin 1/8 final mərhələsinə daha 6 vəsiqə sahibini tapıb.

Bununla da 8 qrupdan ilk 4-də növbəti mərhələyə yüksələnlərin hamısı məlum olub. Daha öncə İspaniyanın “Barselona”, “Valensiya” və “Malaqa”, İngiltərənin “Mançester Yunayted”, Almaniyanın “Bavariya”, Portuqaliyanın “Portu”, Ukraynanın “Şaxtyor” komandalarının 1/8 finala çıxdığı məlum idisə, artıq bu sıraya Almaniyanın daha 2 təmsilçisi - “Şalke” və “Borussiya” (Dortmund), eləcə də İspaniya “Real Madrid”i, İtaliya “Milan”ı, İngiltərə “Arsenal”ı və Fransa PSJ-si də qoşulub.

Ukraynanın “Dinamo” (Kiyev), Yunanıstanın “Olimpiakos” və Belarusun BATE komandaları isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

A qrupu

“Dinamo” (Kiyev, Ukrayna) - PSJ (Fransa) – 0:2
Qollar:
Esekyel Lavessi, 45; 52

“Portu” (Portuqaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 3:0
Qollar:
Luço Qonsales, 20. Joau Moutinyu, 67. Silvestre Varela, 85

N

Komandalar

O

Q

H

M

T

X

1.

Portu

5

4

1

0

9-2

13

2.

PSJ

5

4

0

1

12-2

12

3.

Dinamo K

5

1

1

3

5-9

4

4.

Dinamo Z

5

0

0

5

0-13

0



4 dekabr: PSJ – “Portu”, “Dinamo” Z – “Dinamo” K

B qrupu

“Arsenal” (İngiltərə) – “Monpelye” (Fransa) – 2:0
Qollar:
Cek Uilşir, 49. Lukas Podolski, 63

“Şalke” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) – 1:0
Qollar:
Kristian Fuxs, 77

N

Komandalar

O

Q

H

M

T

X

1.

Şalke

5

3

2

0

9-5

11

2.

Arsenal

5

3

1

1

9-6

10

3.

Olimpiakos

5

2

0

3

7-8

6

4.

Monpelye

5

0

1

4

5-11

1



4 dekabr: “Olimpiakos” – “Arsenal”, “Monpelye” – “Şalke”

C qrupu

“Zenit” (Rusiya) – “Malaqa” (İspaniya) – 2:2
Qollar:
Danni, 49. Viktor Fayzulin, 86 - Dieqo Buonanotte, 8. Sebastyan Fernandes, 9
Qırmızı vərəqə: Vladimir Bıstrov, 90+5 (“Zenit”)

“Anderlext” (Belçika) – “Milan” (İtaliya) – 1:3
Qollar:
Tom de Sutter, 78 - Stefan Ə-Şaaravi, 47. Filipp Mekses, 71. Pato, 90+1
Qırmızı vərəqə: Bram Neytinq, 70 (“Anderlext”)

N

Komandalar

O

Q

H

M

T

X

1.

Malaqa

5

3

2

0

10-3

11

2.

Milan

5

2

2

1

7-5

8

3.

Zenit

5

1

1

3

5-9

4

4.

Anderlext

5

1

1

3

2-7

4



4 dekabr: “Milan” – “Zenit”, “Malaqa” – “Anderlext”

D qrupu

“Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 1:1
Qollar: Serxio Aqugro, 73-penalti ilə - Kərim Benzema, 10
Qırmızı vərəqə:
Alvaro Arbeloa, 73 (“Real Madrid”)

“Ayaks” (Hollandiya) – “Borussiya” (Dortmund, Almaniya) – 1:4
Qollar:
Danni Xusen, 87 - Marko Roys, 8. Mario Götse, 36. Robert Levandovski, 41; 67

N

Komandalar

O

Q

H

M

T

X

1.

Borussiya D

5

3

2

0

10-5

11

2.

Real Madrid

5

2

2

1

11-8

8

3.

Ayaks

5

1

1

3

7-12

4

4.

Mançester Siti

5

0

3

2

7-10

3



4 dekabr: “Borussiya” D – “Mançester Siti”, “Real Madrid” – “Ayaks”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476

Oxşar yazılar