“15 dəqiqə gecikdiyim üçün üzr istəməyəcəyəm” - FOTO
Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç “Neftçi” ilə Avropa Liqasının V tur matçı öncəsi mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis jurnalistlərlə görüşə 15 dəqiqə gec gəlib.
Lakin o, üzr istəməyib. Gecikməsinə səbəb kimi meydança ətrafında gəzərək, mətbuat konfransı otağını axtarmasını göstərib. O, Avroliqada növbəti mərhələ şanslarını itirmələrinə baxmayaraq, qarşıdakı oyunu özləri üçün çox vacib sayıb. Vermezoviç turnir cədvəlini yaxşı nəticələrlə bitirmək istədiklərini söyləyib: “Bu oyuna çox yaxşı hazırlaşmışıq. Bilirik ki, “Neftçi” ötən tur 8:1 hesabı ilə qalib gəlib. Amma biz də qarşımıza müəyyən məqsəd qoymuşuq. Zəıdəli futbolçularımız yoxdur. Serbiya ilə Azərbaycan arasındakı 3 saatlıq fərqə adaptasiya olacaqlar”.
Vermezoviçin fikrincə, Topaz Premyer Liqasının XIII turunda “Neftçi”nin “Sumqayıt”ı 8:1 hesabı ilə yenməsi “Partizan”ın oyununa təsir etməyəcək: “Oyuna yaxşı hazırlaşmışıq. 2 futbolçumuzun bura gəlməməsi nizam-intizamla bağlı deyil. “Neftçi”nin hazırda daxili çempionatda 5-ci yerdə olması heç nə demək deyil. Ehtiyatda 3 oyunu var. Üstəlik, Avroliqada irəli gedə bilməyəcəyi dəqiqləşdiyindən, diqqətini yenidən daxili çempionata yönəldəcək. Əlbəttə, qələbə qane edir. Amma “Neftçi” yaxşı komandadır. Lakin mən əsasən öz komandamı düşünürəm. Buradan xoş təəssüratlarla ayrılmaq istəyirik”.
Baş məşqçi özünə inamla danışmasını futbolçularından arxayın olması ilə izah edib: “Baxmayaraq ki, sonuncu turda uduzmuşuq. Amma “İnter”ə qarşı çox yüksək səviyyədə oynamışıq. Futbolçularla hər gün birgəyəm. Onların necə hazırlaşdığına əminəm. Ona görə arxayın danışıram”.
Qeyd edək ki, noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçı saat 21:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

1903