Çempionlar Liqası: Son şans
Lent.az-ın məlumatına görə, İngiltərənin “Mançester Siti” və İspaniyanın “Real Madrid” komandaları arasındakı görüş daha böyük maraqla gözlənilir.
D qrupunda 4 turdan sonra 2 xala malik “Mançester Siti” sonuncu pillədə qərarlaşıb. “Real Madrid” isə 7 xalla 2-ci yerdədir. Ona görə də baş məşqçi Roberto Mançininin komandasına yalnız qələbə lazımdır. Heç-heçə və ya məğlubiyyət “şəhərlilər”in Çempionlar Liqasında növbəti mərhələ şanslarının üstündən xətt çəkəcək.
Hələlik 7 klub turnirin 1/8 final mərhələsinə vəsiqəni təmin edib. Onlardan ikici – Portuqaliya “Portu”su və İspaniya “Malaqa”sı bu gün meydana çıxacaq. A qrupunun lideri “Portu” yeganə xalsız klub – Xorvatiyanın Zaqreb şəhərini təmsil edən “Dinamo”nu sınağa çəkəcək. “Malaqa”nı isə Rusiya “Zenit”i qəbul edəcək. Hazırda C qrupunda 3 xalla sonuncu olan “Zenit”ə də mütləq qələbə lazımdır. B qrupunda 1 xala malik “Monpelye” üçün də İngiltərədə “Arsenal”la görüş son şans sayılır.
A qrupu
“Dinamo” (Kiyev, Ukrayna) - PSJ (Fransa)
Baş hakim: Volfqanq Ştark (Almaniya)
“Portu” (Portuqaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
Baş hakim: Paolo Talyavento (İtaliya)
B qrupu
“Arsenal” (İngiltərə) – “Monpelye” (Fransa)
Baş hakim: Fırat Aydınus (Türkiyə)
“Şalke” (Almaniya) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Byorn Keypers (Hollandiya)
C qrupu
“Zenit” (Rusiya) – “Malaqa” (İspaniya)
Baş hakim: Oleqariu Benkerensa (Portuqaliya)
“Anderlext” (Belçika) – “Milan” (İtaliya)
Baş hakim: Damir Skomina (Sloveniya)
D qrupu
“Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
“Ayaks” (Hollandiya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Pedru Proensa (Portuqaliya)
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq “Zenit” – “Malaqa” matçı istisna olmaqla, qalan oyunların start fiti saat 23:45-də çalınacaq.

1890