Nikolas Kanales: ““Partizan” “Sumqayıt” deyil”
0
0
“Yenə qol vuracağıma söz vermək çox çətindir. Yalnız ona söz verə bilərəm ki, yaxşı oynamaq üçün maksimum güc qoyacağıq”.
Lent.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Nikolas Kanales noyabrın 22-də Serbiya “Partizan”ı ilə keçirəcəkləri Avropa Liqasının V tur matçı öncəsi deyib.
O bildirib ki, əsas məsələ özünün qol vurması yox, komandasının yaxşı oyun sərgiləyərək qələbə qazanmasıdır. “Neftçi” Topaz Premyer Liqasının ötən turunda “Sumqayıt”a 8:1 hesabı ilə qalib gəlib. Həmin matçda 4 qolun müəllifi Kanales olub. Lakin çilili forvard “Sumqayıt”ın Avroliqadakı rəqiblərlə eyni tərəzidə olmadığını söyləyib: “Bu oyun “Sumqayıt”la matçdakından fərqli olacaq. “Sumqayıt”ı Rusiya “Rubin”i, İtaliya “İnter”i və ya “Partizan”la müqayisə etmək olmaz. Amma qələbə bizim üçün çox önəmlidir”.
Elşən MƏMMƏDOV