Böyükağa Hacıyev: “... yenə iddialıyıq” - MÜSAHİBƏ
21 noyabr 2012 19:00 (UTC +04:00)

Böyükağa Hacıyev: “... yenə iddialıyıq” - MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis yenə iddialı danışıb...


- “Partizan”ı “Sumqayıt”ın gününə salmayacaqsınız?

- Bir qədər çətin sualdır. İştah yemək yeyəndə gəlir. Oyun zamanı hər şeyə aydınlıq gətirməyə çalışacağıq. Bu gün siz birini istəyirsinizsə, biz onunu istəyirik.


- Qələbə qazanacağınıza söz verirsiniz?

- Əvvəllər də dediyim kimi, həyatda məni öldürmək olar, sındırmaq mümkün deyil. Həmişəki kimi iddialıyam, yenə meydana qələbə üçün çıxacağam. 5 gündür ki, bu səpkidə komandaya motivasiya və konsentrasiya aşılayıram.


- Mahir Şükürovun durumu nə yerdədir?

- Böyükağa Hacıyev o səpkili məşqçilərdəndir ki, Şükürov məşqlərdə iştirak etmirsə, onun oynamasına qərar verə bilməz. Hətta əvəzolunmaz olsa belə. Şükürov “Rubin”lə oyun zamanı xəsarət alıb. Onun barmağında sınıq var idi. O gün gəldi, oyunda iştirak etmək istədiyini dedi. Amma mən bildirdim ki, oynamağın üçün həkimlərin raportu lazımdır. Həkimlər isə dedilər ki, oynaya bilməyəcək. Ona görə də Şükürov sabah nəinki ilk “11-lik”də, heç “18-lik”də olmayacaq.


- Yenə eyni taktikaya sadiq qalacaqsınız?

- “Partizan”la matçda 4-5-1 taktikasını çox güman ki, əvəzləyəcəyik. Yeni taktikanı isə açıqlamayacağam.


- Mahir Şükürovdan əlavə, cəzalı Erik Ramos da oynamayacaq...

- Ramos şəxsən mənim sevdiyim futbolçulardandır. Çünki o, sırf dağıdıcı futbolçudur, dayaq yarımmüdafiəçisi olmaqla, bütün mövqelər uğrunda mübarizə aparır. Son oyunların birində zəif çıxışı yorğunluqdan irəli gəlirdi. Amma onun yoxluğu on dəsmalla ağlamağımız anlamına gəlməməlidir. O və Mahir Şükürov olmasa da, yenə qələbə üçün oynayacağıq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 992

Oxşar yazılar