Mariya Şarapova Hollivudu fəth etmək istəyir
Dünyanın ikinci ən güclü qadın tennisçisi Mariya Şarapova kinoda mümkün debütünə münasibət bildirib. Lent.az-ın məlumatına görə, “Hindustan Times” nəşrinə açıqlamasında hazırda həyatının onsuz da hadisələrlə zəngin olduğunu deyən Şarapova kortdakı çıxışlarını, reklam müqavilələrini və digər layihələrini yada salıb.
Lakin rusiyalı gözəl gələcəkdə Hollivud filmində oynamaq imkanı əlinə düşsə, buna şad olacağını deyib.
25 yaşlı tennisçi bu yaxınlarda Hindistana ilk səfərini edib. O, yerli azarkeşlər ordusunu xeyli sevindirib. Şarapova sponsorlarından birinin tədbirində iştirak etmək üçün Nyu-Deliyə baş çəkib. Məşhur idmançı deyib: “Mən bu ölkə barədə çox şey öyrənmək istəyirəm. Burada xüsusi energetika hiss olunur. Son zamanlar əsasən sakit yerlərdə olmuşam. Yerli mədəniyyət mənim çox xoşuma gəlir”.

1111