PFL yarışların təqvimini alt-üst etdi
21 noyabr 2012 15:45 (UTC +04:00)

PFL yarışların təqvimini alt-üst etdi

Peşəkar Futbol Liqası (PFL) keçirdiyi 4 yarışın hamısının təqvimində növbəti dəyişikliyə əl atıb. Lent.az-ın məlumatına görə, əvəzedici heyətlərin çempionatında noyabrın 23-də keçirilməli olan “Simurq” – “İnter” matçı bir gün tez baş tutacaq.

“İnter”in baş məşqçisi Tofiq Mustafayev və onun köməkçisi noyabrın 23-də AFFA-nın təşkil etdiyi A kateqoriyalı məşqçi kurslarına qatılacaq. “Simurq”un da razılıq məktubunu nəzərə alan PFL matçın vaxtını dəyişdirib.

Eyni zamanda Topaz Premyer Liqasında XIV turun “Qarabağ” – “Turan” oyunu bir gün tez – noyabrın 24-də keçiriləcək. PFL “Kəpəz” və “Tərəqqi” klublarının ev oyunlarını eyni stadionda keçirdiyini və ölkə kubokunun 1/8 final qarşılaşmalarının noyabrın 28-də oynanılacağını nəzərə alıb. “Tərəqqi”nin müraciəti və “Neftçi”nin razılıq məktubu əsasında ölkə kubokunun 1/8 final mərhələsində iki komanda arasında keçiriləcək matç isə noyabrın 28-ə təyin olunub.

Nəhayət, “Şahdağ”ın müraciəti və “Göyəzən”in razılıq məktubu nəzərə alınmaqla I Divizionun XIII turunda iki komanda arasındakı oyun dekabrın 16-dan noyabrın 30-a keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar