“Barselona” Rusiya paytaxtı Moskvada “Spartak”ı 3:0, “Şaxtyor” isə Danimarkanın baş şəhəri Kopenhagendə “Nordşelland”ı 5:2 hesabı ilə darmadağın edib. “Valensiya” ilə “Bavariya” isə öz aralarındakı görüşdə “sülh”ə razılaşıblar – 1:1. Lakin hər iki klub F qrupunun paralel matçında BATE-nin Belarusda Fransa “Lill”inə 0:2 hesablı məğlubiyyəti nəticəsində növbəti mərhələyə vəsiqəni təmin edib.
Digər tərəfdən, “Nordşelland”ın E, “Lill”in F, “Spartak”ın G, “Braqa”sının isə H qrupunda sonuncu pilləni tutacaqları dəqiqləşib. Onlar hətta Avropa Liqasının 1/16 final mərhələsində mübarizəni davam etdirmək şanslarını itiriblər.
Türkiyə təmsilçisi “Qalatasaray” isə ən azı Avroliqadakı yerini təmin edib. İngiltərə “Mançester Yunayted”ini tarixində ilk dəfə məğlub edən “Cim-Bom” Çempionlar Liqasında H qrupunu ən azı 3-cü pillədə başa vuracağını dəqiqləşdirib. Lakin qrupun paralel matçında ÇFR-in Rumıniyada Portuqaliya “Braqa”sına 3:1 hesabı ilə qalib gəlməsindən sonra qrupda 2-ci yerin taleyi son tura qalıb.
Qeyd edək ki, daha öncə İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Malaqa” və Portuqaliyanın “Portu” klubları da 1/8 finala yüksəlib.
E qrupu
“Yuventus” (İtaliya) – “Çelsi” (İngiltərə) – 3:0
Qollar: Fabio Kvalyarella, 38. Arturo Vidal, 61. Sebastyano Covinko, 90+1
“Nordşelland” (Danimarka) – “Şaxtyor” (Ukrayna) – 2:5
Qollar: Morten Norstrann, 24. Kasper Lorentsen, 29 - Luis Adriano, 26; 53; 81. Villian, 44; 50
N | Komandalar | O | Q | H | M | T | X |
1. | Şaxtyor | 5 | 3 | 1 | 1 | 12-7 | 10 |
2. | Yuventus | 5 | 2 | 3 | 0 | 11-4 | 9 |
3. | Çelsi | 5 | 2 | 1 | 2 | 10-9 | 7 |
4. | Nordşelland | 5 | 0 | 1 | 4 | 3-16 | 1 |
5 dekabr: “Şaxtyor” – “Yuventus”, “Çelsi” – “Nordşelland”
F qrupu
BATE (Belarus) – “Lill” (Fransa) – 0:2
Qollar: Cibril Sidibe, 14. Canni Bruno, 31
Qırmızı vərəqə: Cibril Sidibe, 74 (“Lill”)
“Valensiya” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:1
Qollar: Sofian Fequli, 77 – Tomas Müller, 82
Qırmızı vərəqə: Antonio Barraqan, 33 (“Valensiya”)
N | Komandalar | O | Q | H | M | T | X |
1. | Bavariya | 5 | 3 | 1 | 1 | 11-6 | 10 |
2. | Valensiya | 5 | 3 | 1 | 1 | 11-5 | 10 |
3. | BATE | 5 | 2 | 0 | 3 | 8-11 | 6 |
4. | Lill | 5 | 1 | 0 | 4 | 4-12 | 3 |
5 dekabr: “Lill” – “Valensiya”, “Bavariya” – BATE
G qrupu
“Spartak” (Moskva, Rusiya) – “Barselona” (İspaniya) – 0:3
Qollar: Daniel Alveş, 16. Lionel Messi, 27; 39
“Benfika” (Portuqaliya) – “Seltik” (Şotlandiya) – 2:1
Qollar: Ola Con, 7. Ezekil Qaray, 71 – Giorqos Samaras, 32
N | Komandalar | O | Q | H | M | T | X |
1. | Barselona | 5 | 4 | 0 | 1 | 11-5 | 12 |
2. | Benfika | 5 | 2 | 1 | 2 | 5-5 | 7 |
3. | Seltik | 5 | 2 | 1 | 2 | 7-7 | 7 |
4. | Spartak | 5 | 1 | 0 | 4 | 6-12 | 3 |
5 dekabr: “Seltik” – “Spartak”, “Barselona” – “Benfika”
H qrupu
“Qalatasaray” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) – 1:0
Qol: Burak Yılmaz, 54
ÇFR (Rumıniya) – “Braqa” (Portuqaliya) – 3:1
Qollar: Ruy Pedru, 7; 15; 33 – Alan, 17
Qırmızı vərəqə: Duqlao, 45+1 (“Braqa”)
N | Komandalar | O | Q | H | M | T | X |
1. | Mançester Yunayted | 5 | 4 | 0 | 1 | 9-5 | 12 |
2. | Qalatasaray | 5 | 2 | 1 | 2 | 5-5 | 7 |
3. | ÇFR | 5 | 2 | 1 | 2 | 8-7 | 7 |
4. | Braqa | 5 | 1 | 0 | 4 | 6-11 | 3 |
5 dekabr: “Mançester Yunayted” – ÇFR, “Braqa” – “Qalatasaray”.
Bombardirlər: Burak Yılmaz (“Qalatasaray”), Alan (“Braqa”), Lionel Messi (“Barselona”), Kriştianu Ronaldu (“Real Madrid”) – hamısı 5 qol.