Almaniyadan “Qəbələ”yə mesaj
Almaniyada müalicəsini davam etdirən “Qəbələ”nin futbolçusu Vurğun Hüseynov zədəsini sağaltmaq üzrədir. Lent.az-ın məlumatına görə, bu barədə müdafiəçinin özü “gabalafc.az”a açıqlama verib.
Qasıq nahiyəsindəki ağrılardan əziyyət çəkən 24 yaşlı müdafiəçi müalicə prosesinin istənilən kimi getdiyini yaxın vaxtlarda zədəsini tam bərpa edərək vətənə dönəcəyini söyləyib: “Müalicəm çox yaxşı gedir və tamamlanmaq üzrədir. Müalicə ilə yanaşı, gündəlik fiziki məşqlər də keçirəm. Həkimlərin rəyinə görə, yaxın günlərdə fiziki cəhətdən tam hazır olacağam. Futbol və komandamız üçün darıxmışam. Tezliklə Qəbələyə qayıdıb məşqlərdə iştirak etmək və komandamıza yardımçı olmaq istəyirəm”.
Hüseynov birinci dəfə sentyabrda Almaniyada müayinədən keçib. Həmin vaxt vətənə qayıtdıqdan sonra xüsusi proqram əsasında çalışan Hüseynov oktyabrın sonlarında bərpa-müalicəvi prosesin axırıncı mərhələsini keçmək üçün Almaniyaya üz tutub. O, təcrübəli həkimlərin və məşqçilərin nəzarəti altında hər gün 90 dəqiqə məşq edir. Məşqin 90 dəqiqə təyin olunması xüsusi əhəmiyyət daşıyır ki, bu da oyun müddətinin məhz bu qədər olması ilə bağlıdır.
Qeyd edək ki, çempionatın əvvəlində zədələnən Vurğun Hüseynov artıq 9 turdur “Qəbələ”yə kömək edə bilmir.

1607