Jardel böyük futbola qayıdır
20 noyabr 2012 19:42 (UTC +04:00)

Jardel böyük futbola qayıdır

Lent.az-ın məlumatına görə, “Super Mario” növbəti mövsümdən “Qremio”da çıxış etmək istədiyini bildirib.

O, Portu-Alleqri şəhərini təmsil edən klubda hələ 17 il əvvəl forma geyinib. Jardel orada 65 qol vurduqdan sonra Portuqaliyaya üz tutub. 39 yaşlı forvard indi də özünü yaxşı formada hiss etdiyini deyib: “Mən yaxşı şərab kimiyəm. Nə qədər yaşlı olsam da, o qədər yaxşı oluram”.

Təcrübəli hücumçu “Qremio”nun heyətində əvvəlcə dekabrın 19-da xeyriyyə matçına çıxacaq. Yaxın günlərdə isə o, klub prezidenti Fabio Koffla görüşərək, əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Qeyd edək ki, Mario Jardel 1996 – 2000-ci illərdə Portuqaliya “Portu”sunun heyətində 125 oyuna 130 qol vurduqdan sonra Türkiyənin “Qalatasaray” komandasına keçib. O, “Cim-Bom”la UEFA Superkubokunu qazanıb və 24 oyuna 22 qol vurub. 2001-ci ildə Portuqaliya “Sportinq”inə yollanan Jardel 2 mövsüm ərzində 49 oyuna 53 qol müəllifi olub. Növbəti illərdə müxtəlif klubların formasını geyinməsinə baxmayaraq, “sambaçı” qeyri-sabit çıxış edib. Super Marionun sonuncu peşəkar klubu 2010-cu ildə Bolqarıstan “Çerno More”si olub. Lakin bu komandada Jardel 8 oyuna 1 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2422

Oxşar yazılar