8 ildə 8 baş məşqçi
20 noyabr 2012 14:19 (UTC +04:00)

8 ildə 8 baş məşqçi

Futbol üzrə Topaz Premyer Liqasının XIII turu “Xəzər Lənkəran” üçün yeni baş məşqçinin debütü ilə əlamətdar olub. Lent.az-ın məlumatına görə, cənub komandasını “Bakı” ilə səfər qarşılaşmasına (0:2) çıxaran Karles Martorell Bakes klub tarixinə 9-cu baş məşqçi kimi düşüb.

2004-cü ildə yaranan “Xəzər Lənkəran”ın 8 illik tarixində ispaniyalı mütəxəssisə qədər 8 baş məşqçisi olub. Onlardan 3-ü – Nazim Süleymanov, Rasim Kara və Ağasəlim Mircavadov 2 dəfə bu vəzifəyə təyinat alıblar. Viktor Pasulko, İqor Ponomaryov, Mirça Rednik, Cüneyt Biçər və Yunis Hüseynov da “ağ-yaşıllar”ın baş məşqçisi olub.

8 mütəxəssisdən 4-ü yerli, 4-ü əcnəbi olub. Türkiyəlilər Rasim Kara və Cüneyt Biçər, ukraynalı Viktor Pasulko, rumıniyalı Mirça Rednikdən sonra Martorell “ağ-yaşılların” 5-ci əcnəbi baş məşqçisidir. Onun vətəni İspaniya isə Türkiyə, Rumıniya və Ukraynadan sonra 4-cü ölkə olub ki, bu komandada baş məşqçi ilə təmsil olunub.

“Xəzər Lənkəran”ı baş məşqçi əvəzi kimi meydana çıxaran digər 3 mütəxəssisi də saysaq, Martorell buna nail olan 12-ci mütəxəssisdir. 9 baş məşqçi ilə yanaşı, türkiyəli Şenol Fidan, həmçinin indi də komandada çalışan Hafiz Əliyevlə Emin Quliyev də “Xəzər Lənkəran”ı rəsmi matçlara çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar