“İnter”in baş məşqçisindən rekord
Bakının “İnter” futbol komandasının baş məşqçisi Kaxaber Tsxadadze klub rekorduna imza atıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının XIII turunda “Turan” üzərində qazanılan qələbə gürcüstanlı mütəxəssisin rəhbərliyi altında bakılıların 70-ci zəfəri kimi tarixə düşüb.
4-cü mövsümdür ki, klubda çalışan Tsxadadze üçün bu qələbə təkcə yubiley xarakterli olmayıb. 70-ci qələbənin qazanılması “İnter”in tarixində ən çox qalibiyyət görən ünvanını gürcüstanlıya qazandırıb. Tsxadadzenin başçılığı ilə “İnter” ümumilikdə 139 matça çıxıb və top fərqi 171–97 olub.
O, komanda ilə 69 qələbə qazanan ukraynalı Valentin Xodukinin rekordunu yeniləyib. Ukraynalının rəhbərliyi altında 113 matça çıxan “İnter” 69 qələbə ilə yanaşı 25 heç-heçə edib və 19 dəfə uduzub. Həmin matçlarda top fərqi 203-75 olub.

839