“Qalatasaray”a gözəl xəbər
19 noyabr 2012 18:39 (UTC +04:00)

“Qalatasaray”a gözəl xəbər

Lent.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyuson 10 “ulduz”u özü ilə İstanbula aparmayıb.

Bunlar Ueyn Runi, Rio Ferdinand, Pol Skoulz, Robin van Persi, David De Xea, Rayan Giqqz, Patris Evra, eləcə də zədəli Sindzi Kaqava, Luiş Nani, Conni Evansdır. Ferqyusonu belə qərar verməyə komandasının qrup lideri kimi 1/8 finala vəsiqə qazanması sövq edib. “Qalatasaray” isə hazırda 4 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Mançester Yunayted”in İstanbula aparıcı oyunçularını gətirməməsi “sarı-qırmızılar”ın qələbə şanslarını artırır.

Qeyd edək ki, “Türk Telekom Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2101

Oxşar yazılar