“Qəbələ” autsayder “Kəpəz”in qapısından 2 top keçirib. Bu, baş məşqçi Ramiz Məmmədovun komandasının ardıcıl 3-cü qələbəsi olub. Onun gəncəli həmkarı Mahmud Qurbanov isə ardıcıl 6-cı matçda qələbəyə həsrət qalıb.
“Rəvan” isə AZAL-ı minimal hesabla yenib. Turun ən az qol vurulan oyunu məhz bu iki komanda arasında keçirilib. AZAL ardıcıl ikinci oyununu məğlubiyyətlə başa vurub. “Rəvan” isə ötən tur 0:4 hesabı ilə uduzduğu “Xəzər Lənkəran” və “təyyarəçilər”lə xallarını bərabərləşdirib.
Qeyd edək ki, turun bütün oyunları meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
19 noyabr (bazar ertəsi)
“Qəbələ” – “Kəpəz” (Gəncə) – 2:0
Qollar: Viktor Mendi, 61. Rəşad Abdullayev, 66-penalti ilə
“Rəvan” (Bakı) – AZAL (Bakı) – 1:0
Qol: Nuran Qurbanov, 85
18 noyabr (bazar)
“Bakı” – “Xəzər Lənkəran” – 2:0
Qollar: Xavyer Junior Vilson, 6. Edemir Rodrigez, 55
“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala) – 2:1
Qollar: Riçard Almeyda, 23. Elçin Süleymanov, 35-öz qapısına - Mario Bojiç, 61-penalti ilə
“İnter” (Bakı) – “Turan” (Tovuz) – 2:0
Qollar: Samir Zərgərov, 11. Baçana Tsxadadze, 55
17 noyabr (şənbə)
“Neftçi” (Bakı) – “Sumqayıt” – 8:1
Qollar: Nikolas Kanales, 7; 23; 45; 80. Culius Vobay, 11; 25. Cavid İmamverdiyev, 68. Bruno Bertuççi, 75 - Emin Cəfərquliyev, 28
N | Komandalar | O | Q | H | M | T | X |
1 | İnter | 12 | 6 | 5 | 1 | 13-5 | 23 |
2. | Qarabağ | 13 | 5 | 5 | 3 | 17-14 | 20 |
3. | Simurq | 13 | 5 | 5 | 3 | 15-9 | 20 |
4. | Qəbələ | 13 | 5 | 4 | 4 | 15-14 | 19 |
5. | Neftçi | 10 | 6 | 0 | 4 | 24-13 | 18 |
6. | Xəzər Lənkəran | 12 | 4 | 4 | 4 | 17-11 | 16 |
7. | Rəvan | 13 | 4 | 4 | 5 | 13-18 | 16 |
8. | AZAL | 12 | 4 | 4 | 4 | 16-13 | 16 |
9. | Turan | 13 | 4 | 3 | 6 | 13-18 | 15 |
10. | Sumqayıt | 13 | 3 | 4 | 6 | 11-26 | 13 |
11. | Bakı | 11 | 2 | 7 | 2 | 10-8 | 13 |
12. | Kəpəz | 13 | 2 | 3 | 8 | 8-23 | 9 |
Bombardir: Nikolas Kanales (“Neftçi”) - 11 qol.