Şevçenko milliyə “yox” dedi
19 noyabr 2012 17:15 (UTC +04:00)

Şevçenko milliyə “yox” dedi

Lent.az-ın məlumatına görə, Şevçenko Ukrayna Futbol Federasiyasının (UFF) rəhbərliyi ilə görüşündə yığmaya rəhbərlik etməsi üçün tez olduğunu bildirib.

Rəhbərliyə təşəkkür edən veteran futbolçu özünün köməyi olmadan da millinin 2014-cü il dünya çempionatının final mərhələsinə yüksəlmək iqtidarında olduğunu söyləyib.

Qeyd edək ki, Ukrayna millisində baş məşqçi postu sentyabrın sonlarında Oleq Bloxinin Kiyev “Dinamo”suna keçidindən sonra boşalıb. Növbəti 2 görüşdə yığmaya Andrey Bal, daha sonra Aleksandr Zavarov rəhbərlik edib. Andrey Şevçenko isə noyabrın 12-də UFF prezidenti Anatoli Konkovdan təklif alıb. Hazırda siyasətlə məşğul olan Şevçenko düşünmək üçün vaxt istəyib. Bir həftəyədək düşündükdən sonra o, “yox” cavabı verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340

Oxşar yazılar