Kaka “Real Madrid”i tərk edir
19 noyabr 2012 16:44 (UTC +04:00)

Kaka “Real Madrid”i tərk edir

Braziliyalı futbolçu Kaka qışda İspaniya “Real Madrid”ini tərk etməyə hazır olduğunu açıqlayıb. Lent.az-ın məlumatına görə, əvvəllər hücumçu gələcəkdə də “kral klubu”nun şərəfini qorumaq istədiyini bildirirdi.

Amma deyəsən, o, mövqeyini dəyişib. Şəxsi meneceri olan atası “Real Madrid” rəhbərliyi ilə görüşündə Kakanın yanvarda digər komandalara keçid variantını nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Kaka “Real Madrid”ə 2009-cu il iyunun 3-də İtaliya “Milan”ından rekord məbləğə - 65 milyon avroya keçib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1582

Oxşar yazılar