“Partizan” Bakıya azarkeşsiz gəlir
Futbol üzrə Avropa Liqasının V turunda “Neftçi”nin qonağı olacaq Serbiyanın “Partizan” komandası Bakıya noyabrın 21-də gələcək. Flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin Lent.az-a verdiyi məlumata görə, “Partizan” “Hyatt Park” otelində məskunlaşacaq.
Komanda özü ilə azarkeş gətirməyəcək. Əvəzində matçı izləməyə 12 serbiyalı jurnalist gələcək. Həmin gün saat 20:00-da Serbiya təmsilçisinin baş məşqçisi Vladimir Vermezoviç Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra qonaq komanda ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin jurnalistlərlə görüşü daha tez - saat 18:30-da, məşq isə 19:00-da olacaq.
Matçın biletləri artıq satışdadır. Ən ucuz bilet 2 manata, ən bahalısı 50 manatadır. VİP sektor ətrafındakı yerlərə isə 10 – 15 manata bilet almaq olar. Biletlər Respublika stadionunun kassalarında və “Park Bulvar” ticarət mərkəzində satılır.
Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Neftçi” – “Partizan” oyunu saat 21:00-da başlanacaq. Oyunu uelsli baş hakim Saymon Li Evans idarə edəcək.
Elşən MƏMMƏDOV

1094