Topaz Premyer Liqası: Vahid lider – NƏTİCƏLƏR - FOTO
19 noyabr 2012 11:45 (UTC +04:00)

Topaz Premyer Liqası: Vahid lider – NƏTİCƏLƏR - FOTO

Lent.az-ın məlumatına görə, bu, XIII turda “bankirlər”in “Turan”ı məğlub etməsi və “Simurq”un “Qarabağ”a məğlubiyyətindən sonra baş verib.

Daha bir ev qələbəsinə “Bakı” imza atıb. Paytaxtın eyniadlı təmsilçisi yeni baş məşqçi Karles Martorell Bakesin rəhbərliyi altında ilk matçına çıxan “Xəzər Lənkəran”ı yenib. “Neftçi” isə Serbiya “Partizan”ı ilə noyabrın 22-də keçirəcəyi Avropa Liqası matçı öncəsi “Sumqayıt”ı darmadağın edib. Bu oyunda vurulan 9 qoldan 8-i flaqmanın payına düşüb. Nikolas Kanales isə “poker” edərək, bombardirlər siyahısında liderliyi ələ alıb. İndi çilili hücumçunun aktivində 11 qol var.

Ümumiyyətlə, turun arxada qalan 4 oyununun hamısında meydan sahibləri qalib gəliblər.

17 noyabr (şənbə)

“Neftçi” (Bakı) – “Sumqayıt” – 8:1
Qollar:
Nikolas Kanales, 7; 23; 45; 80. Culius Vobay, 11; 25. Cavid İmamverdiyev, 68. Bruno Bertuççi, 75 - Emin Cəfərquliyev, 28

18 noyabr (bazar)

“Bakı” – “Xəzər Lənkəran” – 2:0
Qollar:
Xavyer Junior Vilson, 6. Edemir Rodrigez, 55

“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala) – 2:1
Qollar:
Riçard Almeyda, 23. Elçin Süleymanov, 35-öz qapısına - Mario Bojiç, 61-penalti ilə

“İnter” (Bakı) – “Turan” (Tovuz) – 2:0
Qollar:
Samir Zərgərov, 11. Baçana Tsxadadze, 55

19 noyabr (bazar ertəsi)

14:00. “Qəbələ” – “Kəpəz” (Gəncə)
Hakimlər:
Rahim Həsənov, Zeynal Zeynalov, Azər Əsgərov, Teymur Fərhadov
Qəbələ şəhər stadionu

16:00. “Rəvan” (Bakı) – AZAL (Bakı)
Hakimlər:
Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Tahir Əhmədov
Bakı, Bayıl Arena stadionu.

1. “İnter” – 23 xal (13 oyuna)
2. “Qarabağ” – 20
3. “Simurq” – 20
4. “Neftçi” – 18 (10)
5. “Xəzər Lənkəran” – 16 (12)
6. AZAL – 16 (11)
7. “Qəbələ” – 16 (12)
8. “Turan” – 15
9. “Rəvan” – 13 (12)
10. “Sumqayıt” – 13
11. “Bakı” – 13 (11)
12. “Kəpəz” – 9 (12)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1519

Oxşar yazılar