“Ruslan Abışovun özünün də xəbəri yoxdur”
16 noyabr 2012 16:05 (UTC +04:00)

“Ruslan Abışovun özünün də xəbəri yoxdur”

“Ruslan Abışovun özünün xəbəri yoxdur ki, hansı kluba gedir”.
Lent.az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov klubun futbolçusu Ruslan Abışovun qışda Rusiya “Rubin”inə keçəcəyinə dair xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, hazırda Abışov “Xəzər Lənkəran”a gələn mövsümün sonunadək bağlıdır. O, 25 yaşlı müdafiəçinin keçidindən nə “Rubin”in, nə də 2 illik müqavilə bağladığı “Xəzər Lənkəran”ın xəbərinin olduğunu vurğulayıb. Nadirovun fikrincə, belə xəbərlər məqsədyönlü şəkildə ortaya atılıb: “Əlbəttə, biz istərdik ki, futbolçumuz xaricdə çıxış etsin. Ölkəmizi layiqli səviyyədə təmsil etsin. Amma bu məsələ müəyyən şərtlər daxilində həllini tapmalıdır. Bunun üçün danışıqlar aparılmalıdır”.


Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar