Azərbaycanlı mütəxəssis dünyanın ən yaxşı məşqçisi sayılıb
Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən seminarında qurumun prezidenti Rafael Martinetti açıqlama verib.
O, Umudova dünyanın ən yaxşı məşqçisi üçün hazırlanan xüsusi kuboku, qızıl medalı və müvafiq sertifikatı təqdim edib. Seminarın gedişində güləşçilərimizin 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxışı da xüsusi müzakirə mövzusu olub. Yarışın statistik məlumatları açıqlanarkən bildirilib ki, Pekin olimpiadası ilə müqayisədə yığma komandamız inkişaf tempi baxımından dünyanın ən qabaqcıl güləş ölkəsinə çevrilib.
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun Londondakı çıxışlarını əks etdirən videogörüntülərin təhlili seminar iştirakçılarının böyük marağına səbəb olub və FİLA nümayəndələri onların hər ikisini dünya güləşinin nadir inciləri adlandırıblar. Seminar noyabrın 18-də yekunlaşacaq.
Qeyd edək ki, FİLA-nın texniki komitəsi quruma üzv olan bütün məşqçilərin il ərzində fəaliyyətini diqqətlə izləyir və ilin yekununa əsasən dünyanın ən yaxşısını müəyyənləşdirir. Firdovsi Umudov 2008-ci ildən etibarən məşqçilər assosiasiyasının üzvüdür. O, London olimpiadasında 2 qızıl, 1 bürünc medal qazanmış Azərbaycan sərbəst güləşçilərinin uğurlu nəticələrində böyük pay sahibi olduğu üçün bu mükafata layiq görülüb. Millimizin baş məşqçisi isə dağıstanlı mütəxəssis Saypulla Absaidovdur.

Oxşar yazılar

Ançelotti Braziliya millisinin baş məqşçisi olmaqdan imtina etdi
15 aprel 2025 , 19:59
“Real”ın məşqində MÜNAQİŞƏ: İki futbolçu...
15 aprel 2025 , 18:48
Ançelotti İtaliya millisinin baş məşqçiliyindən niyə imtina etdiyini AÇIQLADI
15 aprel 2025 , 16:42
"Barselona" bu tarixdən "Nou Kamp"da oynayacaq
15 aprel 2025 , 13:54
"Mançester Yunayted" Qarnaçonun transfer qiymətini azaltdı
15 aprel 2025 , 11:38
Suares yenə futbolçunu dişlədi
15 aprel 2025 , 09:51
Suares Messinin dünya çempionatı planlarından DANIŞDI
14 aprel 2025 , 19:46