“Xəzər Lənkəran” təqdim edir
15 noyabr 2012 19:00 (UTC +04:00)

“Xəzər Lənkəran” təqdim edir

“Xəzər Lənkəran” futbol klubu yeni baş məşqçisi Karles Martorell Bakeslə müqavilə imzalayıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, anlaşma 2013-2014-cü il mövsümünün sonunadək nəzərdə tutulub.

İspaniyalı mütəxəssisin təqdimetmə mərasimi noyabrın 16-da “Modern Hotel”də baş tutacaq. Saat 14:00-da başlanacaq tədbir çərçivəsində Bakesin mətbuat konfransı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080

Oxşar yazılar