Məşhur futbolçu polisi vurub
15 noyabr 2012 12:55 (UTC +04:00)

Məşhur futbolçu polisi vurub

Lent.az-ın “A Bola”ya istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi Lissabon şəhərində polisə hücum edib.

Hadisə onun ötən ilin yanvarında məruz qaldığı soyğunçuluqla bağlı məhkəmə prosesindən sonra baş verib. Kuarejma anasından cibgirlik etməyə çalışan şəxsin üzərinə hücum edib. Bu zaman araya polis işçisi girib. Daha da qəzəblənən futbolçu polisi də vurub. Kuarejma saxlanıldıqdan 5 saat sonra şərti azadlığa buraxılıb. Onun məhkəməsi noyabrın 15-də olacaq. Zərəçəkən polis isə xəstəxanada müalicə alır.

Qeyd edək ki, Rikardu Kuarejma martın 8-də İspaniyanın “Atletiko” klubu ilə Madriddə keçirdiyi Avropa Liqasının ilk 1/8 final matçından sonra “Beşiktaş”ın əsas heyətindən kənarlaşdırılıb. Həmin oyunda Kuarejma əvəzlənməsinə etiraz olaraq, “ağ-qaralar”ın o vaxtkı baş məşqçisi Karlos Karvalyalı söydüyü üçün ciddi cəzalandırılıb. Lakin müqaviləsi davam etdiyindən, klub rəhbərliyi onunla yollarını birdəfəlik ayıra bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2188

Oxşar yazılar