Rövnəq Abdullayev: “Bizimkilərdə adət halını alıb”
15 noyabr 2012 11:50 (UTC +04:00)

Rövnəq Abdullayev: “Bizimkilərdə adət halını alıb”

Lent.az-ın məlumatına görə, Abdullayev jurnalistlərə açıqlamasında millimizin yenə son dəqiqələrdə qol buraxmasından təəssüfünü gizlətməyib.

O deyib: “Əlbəttə, bir xal pis nəticə deyil. Amma komandamızın son dəqiqədə qol buraxmasına üzüldüm. Bizimkilərdə adət halını alıb, adətən, bizi əlavə olunmuş dəqiqələrdə üzürlər. Sona qədər oynamaq lazımdır. Sevindiricidir ki, heyətdəki ciddi itkilərə baxmayaraq, millimiz döyüşdü. Gənc futbolçulardan da razı qaldım. Çətin səfər oyununda xal qazandıq. Nəticəni normal sayıram”.

Qeyd edək ki, Şimali İrlandiya ilə matçda yığmamız 5-ci dəqiqədə hesabı açıb. Rauf Əliyev vurduğu qola meydan sahibləri uzatma dəqiqələrində cavab veriblər. 6-cı uzatma dəqiqəsinin sonuncusunda Devid Hili cərimə zərbəsindən bərabərlik qoluna imza atıb – 1:1. Bu nəticədən sonra yığmamız xallarını 2-yə çatdırsa da, 5-ci pillədə qalıb, Şimali İrlandiya isə 3 xalla 4-cü pillədəki mövqeyini qoruyub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2821

Oxşar yazılar