“Futbol+” 15 yaşını qeyd etdi
0
0
Müstəqil Azərbaycanın ilk idman nəşrlərindən olan “Futbol+” qəzeti noyabrın 13-də 15 illik yubileyini qeyd edib. Lent.az-ın məlumatına görə, Bakının görkəmli şadlıq evlərindən birində baş tutan mərasimə qəzetin hazırkı kollektivindən əlavə, sabiq əməkdaşları, digər idman nəşrlərinin redaktorları, futbol ictimaiyyətinin nümayəndələri qatılıblar.
“Futbol+”in baş redaktoru Mahir Rüstəmli keçdikləri yola nəzər salıb, əldə etdikləri uğurlardan danışıb. O, futbol klublarının rəsmilərinə müraciət edərək, “15 ildir biz sizi tənqid edirik, indi siz bizi tənqid edə bilərsiniz” deyib. Amma çıxış edənlər “Futbol+”in ilk günlərdən indiyədək idman mətbuatı bazarında liderliyini önə çəkərək, qəzetə daha böyük zirvələr fəth etməyi arzulayıblar. Bəndəniz isə ilk dəfə jurnalist fəaliyyətinə başladığı qəzetə on illiklər keçdikdən sonra Veteranlar Şurası yaratmağı və indiyədək yetişdirdiyi 100-dək idman yazarını şuraya üzv qəbul etməyi təklif edib. Qəzetin sahibi Vüqar Məmmədov isə nəşr üçün yer aldıqlarını, amma Bakı şəhər icra hakimiyyətinin icazəsi olmadığından, tikintiyə başlaya bilmədiklərini açıqlayıb.
Məclisə dəyərli sözlərlə yanaşı, şən rəqslər xüsusi rəng qatıb.
Lent.az “Futbol+” qəzetinin kollektivini yubiley münasibətilə təbrik edir, müəyyənləşdirdikləri ən yüksək hədəflərə çatmağı arzulayır. Daim qələminiz iti, sözünüz kəsərli olsun!
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Ramosdan ETİRAF: "Qremmi" almaq istəyir
3 sentyabr 2025 , 15:01
"Real"ın keçmiş futbolçusu "Bayer"in baş məşqçisi ola bilər
3 sentyabr 2025 , 13:05
2 aya 6 milyon qazandı - İstefaya göndərilən baş məşqçi
2 sentyabr 2025 , 19:51
Şəhərdə "Lamborghini" ilə gəzən "F-1" pilotu həbs olundu
2 sentyabr 2025 , 18:04
"Qalatasaray"ın yeni transferi İlkay Gündoğan İstanbula gəlib
2 sentyabr 2025 , 17:32
"Liverpul" bir transfer pəncərəsi ilə dünya rekordu qırdı
2 sentyabr 2025 , 16:37
“Mançester Siti”nin qapıçısı “Fənərbaxça”ya keçdi
2 sentyabr 2025 , 13:19