“Bakı”nın 2 futbolçusu əməliyyat olundu - FOTO
Lent.az-ın məlumatına görə, tibbi müdaxilə Türkiyənin İstanbul şəhərində baş tutub.
Dizin ön çapraz bağının bərpası əməliyyatı Acıbadem Fulya xəstəxanası İdman bölümündə professor doktor Ömer Taşer tərəfindən aparılıb. Kosta-rikalı hücumçunun vəziyyəti qənaətbəxşdir. Cərrahiyyə əməliyyatının uğurlu alındığı və Parksın təkrar müayinələrdən sonra noyabrın 19-da evə buraxılacağı bildirilir.
Eyni gündə Acıbademdə “Bakı”nın gənc futbolçusu Eltun Hüseynov da əməliyyata məruz qalıb. Dizinin xarici yan bağında yırtıq aşkarlanan Hüseynovun bərpa əməliyyatından sonra özünü yaxşı hiss etdiyi və bir neçə gün həkim nəzarətində olacağı açıqlanıb.

746