Valeri Qazzayev oğlunu qovdu
Lent.az-ın məlumatına görə, bundan sonra ata Qazzayev həm də baş məşqçi vəzifəsində çalışacaq.
Oğul Qazzayev isə klubda idman-seleksiya şöbəsinə keçəcək. Bu barədə qərar klubun toplantısında verilib. Vladimir Qazzayev iclasda iştirak etməyib. Valeri Qazzayev oğluna təşəkkür edib. O bildirib ki, Vladimir “Alaniya”dakı işi ilə baş məşqçi vəzifəsini tutmağa layiq olduğunu sübuta yetirib, amma müxtəlif problemlər, o cümlədən, zədəli oyunçuların çoxluğu səbəbindən yaxşı nəticələr göstərə bilməyib.
Qeyd edək ki, Rusiya Premyer Liqasında 15 turdan sonra “Alaniya” cəmi 10 xal yığıb. Vladiqafqaz təmsilçisi 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Valeri Qazzayev əvvəllər də “Alaniya”nın baş məşqçisi olub. O, 1995-ci ildə bu kluba Rusiya çempionluğu qazandırıb. Qazzayev sonradan Moskva MOİK-ində 3 dəfə ölkə çempionu və 2005-ci ildə UEFA Kubokunun qalibi olub. Təcrübəli mütəxəssis Ukraynanın “Dinamo” (Kiyev) klubunda və Rusiya milli komandasında da baş məşqçi postunu tutub.

1766