Türkiyə yığmasında şok itki
Futbol üzrə Türkiyə milli komandasına Danimarka yığması ilə oyun ərəfəsində ciddi itki üz verib. Lent.az-ın məlumatına görə, əsas qapıçı Volkan Dəmirəl zədəsi sağalmadığı üçün heyətdən kənarlaşdırılıb. O, hazırlıq prosesinə zədəli halda qatılıb. Həkimlər Dəmirəlin oyun gününədək hazır vəziyyətə gələcəyini düşünsələr də, ciddi irəliləyiş baş verməyib. Nəticədə təcrübəli qapıçının göndərilməsinə qərar verilib.
Qeyd edək ki, Türkiyə - Danimarka matçı noyabrın 14-də İstanbuldakı “Türk Telekom Arena”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, Türkiyə - Danimarka matçı noyabrın 14-də İstanbuldakı “Türk Telekom Arena”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
1218