DÇ-2014: Azərbaycan millisinin ilk qələbə şansı
Lent.az-ın məlumatına görə, millimiz Şimali İrlandiya yığmasının qonağı olacaq.
Belfast şəhərindəki “Windsor Park” stadionunda keçiriləcək oyunu ukraynalı referi Viktor Şvetsov idarə edəcək. Ona həmyerlilərindən Aleksandr Kornıyko və Oleq Plujnik yan xətt hakimləri, Anatoli Abdula isə dördüncü hakim qismində yardımçı olacaqlar.
F qrupunda yer alan Azərbaycan millisi indiyədək 3 seçmə oyun keçirib. Bakıda İsraillə heç-heçə edən komandamız səfərdə Portuqaliyaya 0:3, Rusiyaya 0:1 hesabı ilə uduzub. Hazırda yığmamız 1 xalla 5-ci pillədədir. Şimali İrlandiya isə 3 oyundan 2 xal yığa bilib. Baş məşqçi Maykl O Nilin komandası Rusiyaya 0:2 hesabı ilə uduzduqdan sonra evdə Lüksemburqla, səfərdə isə Portuqaliya ilə heç-heçə edib – 1:1. Millimiz ardıcıl 3-cü səfər matçından qalib ayrılmağı bacarsa, xallarını 4-ə çatdıracaq və 4-cü pilləyə yüksələcək.
Hər iki komanda oyuna itkilərlə çıxacaq. Yığmamızın heyətində qapıçı Kamran Ağayev cəza, kapitan Rəşad Sadıqov, eləcə də Mahir Şükürov və Aqil Nəbiyev zədə üzündən matçı buraxacaqlar. Meydan sahiblərindən isə Qrant Makkan ailə problemləri ilə əlaqədar, Conni Evans, Endryu Litl, Aleks Bryus və Ceymi Uord zədə səbəbindən heyətdən kənarlaşdırılıblar.
Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Bu gün Avropa zonasında daha bir seçmə oyun H qrupunda olacaq. Çernoqoriya yığması saat 21:00-da San-Marinonu sınağa çəkəcək.
Yığmamızla eyni qrupda yer alan digər ölkələrə gəldikdə, Rusiya ABŞ-ı, İsrail Belarusu, Lüksemburq Şotlandiyanı sınağa çəkəcək, Portuqaliya isə Qabonun qonağı olacaq.

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46