Məhəmməd Əli “Boks kralı” elan olunacaq
14 noyabr 2012 13:22 (UTC +04:00)

Məhəmməd Əli “Boks kralı” elan olunacaq

Bu barədə qurumun prezidenti Xose Süleyman açıqlama verib. O bildirib ki, Əlinin alacağı tac, hökmdar əsası və çiyinlik hazırdır. Mərasim isə dekabrda Meksikanın kurort şəhəri Kankunda qurumun 50-ci sessiyası çərçivəsində baş tutacaq. Əfsanəvi boksçu müstəsna xidmətləri qarşılığında fəxri ada layiq görüləcək. Tacqoymada WBC versiyası üzrə keçmiş və hazırkı dünya çempionlarının, habelə ağır çəkidə çempionluq kəmərinin sahibi Vitali Kliçkonun iştirakı gözlənilir.

Əli Kankunda olduğu vaxt qurum onun sərəncamına xüsusi iqamətgah və yaxta verəcək. 70 yaşlı boksçu Karib hövzəsində səyahətə çıxacaq. Süleyman veteran idmançının tək, yoxsa qızı Leyla ilə birgə gələcəyinə hələ qərar vermədiyini də əlavə edib.

Qeyd edək ki, Leyla Əli də peşəkar döyüşlərə qatılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661

Oxşar yazılar