Messi ən yaxşı futbolçu seçildi
Lent.az-ın məlumatına görə, ölkənin Peşəkar Futbol Liqası (LFP) Primera və II divizionun ən yaxşı oyunçuları və baş məşqçilərini ardıcıl 4-cü il mükafatlandırılıb.
Mükafata nominantlar LFP-nin texniki komitəsi tərəfindən irəli sürülür. Qaliblər bütün komandaların oyunçuları və məşqçiləri arasında səsvermə yolu ilə müəyyənləşir. Ötən mövsüm 37 oyuna 50 qol vurmuş Messi ən yaxşı oyunçu üçün mükafatdan əlavə, ən yaxşı forvarda ayrılan prizə də sahib olub.
Onun “Barselona”dakı komanda yoldaşı Andres İnyesta ən yaxşı yarımmüdafiəçi, Karles Puyol ədalətli oyunçu, klubun baş məşqçi postunu tərk edən Xosep Qvardiola ən yaxşı baş məşqçi sayılıb.
Digər nominasiyalara gəldikdə, hazırkı çempion “Real Madrid”in heyətində 38 matçda 32 qol buraxmış İker Kasilyas ən yaxşı qapıçı, Serxio Ramos ən yaxşı müdafiəçi, Xabi Alonso isə ən yaxşı dayaq yarımmüdafiəçisi seçilib.
Digər klubun oyunçusunun qalib gəldiyi yeganə nominasiyada “Malaqa”nın yarımmüdafiəçisi İsko qalib olub. O, ilin tapıntısı mükafatına yiyələnib.

2102