Platininin Avro-2020 planı üzə çıxdı
Lent.az-ın məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqının (DFB) prezidenti Volfqanq Nirsbax “Bild”ə açıqlama verib.
O bildirib ki, 2020-ci il Avropa çempionatı hər biri 4 komandadan ibarət 6 qrupda keçiriləcək. Qruplardakı ölkələrdən FİFA reytinqində ən yüksək göstəriciyə malik olan ilk 2-si qrup oyunlarına ev sahibliyi edəcək. Beləliklə, qrup oyunları 12 müxtəlif ölkədə baş tutacaq. Hazırkı FİFA reytinqinə əsasən, bunlar Almaniya (Berlin), İspaniya (Madrid), Portuqaliya (Lissabon), İtaliya (Roma), İngiltərə (London), Yunanıstan (Afina), Xorvatiya (Zaqreb), Hollandiya (Amsterdam), Rusiya (Moskva), Fransa (Paris), Belçika (Brüssel) və İsveçrə (Bazel) ola bilər. ¼ final oyunları bitərəf ölkələrdə keçiriləcək. Yarımfinal və final matçları üçün isə fərqli şəhər müəyyənləşdiriləcək. Ən böyük namizəd isə Türkiyənin İstanbul şəhəridir. Bu, Türkiyənin 2020-ci il Avropa çempionatı keçirməyə ən real namizəd olması ilə əlaqələndirilir. Lakin həmin il Yay Olimpiya Oyunları İstanbulda təşkil edilsə, Türkiyədə qitə çempionatının oyunu keçirilməyəcək.
Layihə dekabrın 7-də UEFA-nın müvafiq komissiyasında müzakirə olunacaq. Yekun qərar isə 2013-cü ilin yanvarında veriləcək. 2020-ci il Avropa çempionatına Türkiyədən əlavə Azərbaycan və Gürcüstan dueti, eləcə də Uels, Şotlandiya və İrlandiya triosu da namizəddir.

1644