Sialmasdan daha 2 qol
14 noyabr 2012 10:50 (UTC +04:00)

Sialmasdan daha 2 qol

“Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama oyunu keçirilib. Lent.az-ın məlumatına görə, qarşılaşma kluba məxsus stadionun yardımçı meydançasında güclü yağış altında baş tutub.

Əsas komanda “kiçik qardaş”larına 2:1 hesabı ilə qalib gəlib. Son zamanlar fəallığı və dinamik oyunu ilə seçilən yunanıstanlı hücumçu Dimitrios Sialmas bu oyunda da 2 dəfə fərqlənməyi bacarıb. Əsas komandanın qapısına vurulan yeganə qolun müəllifi isə gənc istedadlı futbolçu Elnur Cəfərov olub.

Qeyd edək ki, hər hissəsi 35 dəqiqə davam edən oyunda əvəzedici heyətdə artıq əsas komandada çıxış edən oyunçular Kazım Kazımlı, Akif Tağıyev və Kamran Abdullazadə yer alıblar. Ağabala Ramazanov isə bir hissədə əsas, digərində isə əvəzedici heyətdə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar