Berti Foqts: “Məqsədimiz qələbədir”
13 noyabr 2012 18:38 (UTC +04:00)

Berti Foqts: “Məqsədimiz qələbədir”

Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis heyətdəki itkilərə baxmayaraq, komandamızın əhval-ruhiyyəsini müsbət dəyərləndirib.

Onun fikrincə, yığmamız son təlim-məşq toplanışı ərzində inkişafa nail olub. Belfastdakı qarşılaşmada isə məqsəd qələbə qazanmaqdır: “Amma onu da qeyd edim ki, 4 il əvvəl heyətdə bu qədər itki olsaydı, indiki fikrimi səsləndirə bilməzdim. Şimali İrlandiya yığması çox təhlükəli komandadır. Portuqaliya millisi ilə əldə etdikləri heç-heçə onlara əlavə inam verir. Üstəlik, onlar başla da yaxşı oynayırlar. Hava ötürmələri zamanı ehtiyatlı olmalıyıq”.

Yığmamızın heyətində ciddi itkilərdən biri Kamran Ağayevlə bağlıdır. Ağayev cəzalı olduğu üçün oynamayacaq. Foqts Şimali İrlandiya ilə matçda qapını kimə etibar edəcəyini açıqlamayıb: “Qapıçı problemini həll edəcəyik. Əlbəttə, sabah qapıçımızın kim olacağını bilirəm, amma bunu sizə indi deməyəcəyəm”.

Qeyd edək ki, noyabrın 14-də Belfast şəhərindəki “Windsor Park” stadionunda keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar