AZAL-ın futbolçusu Ermənistan səfərindən imtina etdi
13 noyabr 2012 16:14 (UTC +04:00)

AZAL-ın futbolçusu Ermənistan səfərindən imtina etdi

Bu haqda Lent.az-a AZAL-ın baş məşqçisi Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, Veliçka öz klubunda əsas heyətə düşmək və yerini möhkəmlətmək üçün belə bir qərar qəbul edib. 33 yaşlı hücumçu Litva millisinin baş məşqçisi Şaba Laslo ilə də bu barədə söhbət edib. Sadıqovun sözlərinə görə, futbolçu yığmadan yoldaşlıq oyununun məhz Ermənistanda keçiriləcəyi ilə əlaqədar imtina etməyib: “Veliçkadan yığmanın düşərgəsinə yollanmamasının səbəbini soruşdum. Dedi ki, millinin baş məşqçisi ilə danışıb və AZAL-ın əsas heyətində möhkəmlənənədək çağırılmamasını istəyib”.

Qeyd edək ki, Andryus Veliçka AZAL-ın noyabrın 12-də Bakı “İnter”i ilə keçirdiyi yoldaşlıq görüşündə çıxış edib. O, komandasının 2:5 hesabı ilə uduzduğu görüşdə 1 qol vurub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1373

Oxşar yazılar