Azərbaycanlı klub prezidentinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi Azərbaycan I divizionunun IX turunda MOİK və “Qaradağ-Lökbatan” komandaları arasında keçirilmiş oyun zamanı baş verənlərlə bağlı sərt tədbirlərə əl atıb. Lent.az-ın məlumatına görə, matçın 74-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Natiq Əkbərov idmançıya yaraşmayan hərəkətə yol verdiyi, MOİK-in oyunçusu Ramin Tanrıverdiyev isə hakimi təhqir etdiyi üçün meydandan qovulub.
Əkbərova 1 oyunluq cəza, klubuna 20 manat cərimə, Tanrıverdiyevə birbaşa qırmızı vərəqə alması səbəbindən 4 oyunluq cəza, klubuna 400 manat cərimə kəsilib. Oyun başa çatdıqdan sonra matçın protokolunda “Qaradağ Lökbatan”ın digər futbolçusu Novruz Ələkbərovun hakimi təhqir etməsi göstərilib. Lakin müzakirələr zamanı belə halın baş vermədiyi aşkar edildiyindən, ona göstərilmiş qırmızı vərəqə ləğv edilib. Əvəzində “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 500 manat cərimələnib.
Anar Niyazovun başçılıq etdiyi hakimlər briqadasının işini qiymətləndirmək isə Hakimlər Komitəsinə həvalə olunub. Amma verilən qiymətdən İntizam Komitəsi də məlumatlandırılmalıdır.

702