Materatsidən Zidana jest
13 noyabr 2012 14:25 (UTC +04:00)

Materatsidən Zidana jest

İtaliya milli komandasının sabiq futbolçusu Marko Materatsi arzularının komandasını müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, məşhur müdafiəçi 2006-cı il dünya çempionatının final matçında münaqişə yaşadığı fransalı Zinəddin Zidanı da bu siyahıya daxil edib.

Materatsi bildirib ki, Zidanla heç vaxt bir komandada oynamayıb, lakin onu futbol tarixinin ən yaxşı 5 oyunçusundan biri sayır. İtaliyalı futbolçu simvolik komandaya qapıçı Julio Sezar, müdafiəçilərdən özü ilə yanaşı, Maykon, Fabio Kannavaro, Kristian Kivu, yarımmüdafiəçilərdən Zidan, Cennaro Qattuzo, Deyan Stankoviç və Deniele de Rossi, hücumçulardan isə Antonio Kassano və Samuel Eto O-nu daxil edib.

Qeyd edək ki, Zinəddin Zidan və Marko Materatsi arasında münaqişə 2006-cı il dünya çempionatının əsas hadisələrindən biri olub. Final matçının gedişində Materatsi Zidanı təhqir edib, əvəzində sinəsinə baş zərbəsi alıb. Zidan bu hərəkətinə görə meydandan qovulub, İtaliya yığması isə penaltilər seriyasında qalib olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221

Oxşar yazılar