Cokovic yenə birinci oldu
Lent.az-ın məlumatına görə, o, finalda isveçrəli Roje Federeri 2 setdə yenib – 7:6, 7:5.
Bu qələbə üçün Cokoviçə 2 saat 14 dəqiqə kifayət edib. Bununla da serbiyalı tennisçi karyerası ərzində ikinci dəfə ATP-nin yekun turnirində hamıdan güclü olub. Əvvəllər o, 2008-ci ildə fərqlənib. Federerin aktivində isə yekun turnirdə 6 qələbə olub ki, bunlardan son 2-si 2010 və 2011-ci illərdə qeydə alınıb.
Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş son turnirin ümumi mükafat fondu 5,5 milyon dollar təşkil edib.

775