Lənkərana gəlmiş futbolçu narkotik alverçisi çıxdı
13 noyabr 2012 10:30 (UTC +04:00)

Lənkərana gəlmiş futbolçu narkotik alverçisi çıxdı

Estoniya milli komandasının və “Nomme Kalyu” klubunun futbolçusu Oliver Konsa həbs olunub. Lent.az-ın “DELFİ” agentliyinə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçu narkotik maddələrin qanunsuz dövriyyəsində iştirakda şübhəli bilinir.

Onun saxlanılmasına yerli məhkəmə sanksiya verib. “Nomme Kalyu” işin təfərrüatlarına aydınlıq gələnədək oyunçu ilə müqaviləni dayandırıb. Klubun idman direktoru Sergey Teryoxov Konsanın saxlanılması xəbərindən sarsıldıqlarını bildirib.

Qeyd edək ki, Oliver Konsa “Nomme Kalyu”ya 2010-cu ildə keçib. O, ötən il Estoniya çempionatında 32 matçda 8 qol vurub. Konsa Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran”a qarşı forma geyib. Hücumçu Lənkərandakı ilk matçda (2:2) 85-ci dəqiqədə meydana daxil olub, Tallindəki cavab görüşündə (0:2) isə 90 dəqiqə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249

Oxşar yazılar