Türkiyə də 6 hakimə keçir
0
0
Futbol üzrə Türkiyə Superliqasında 2013-2014-cü il mövsümündən etibarən oyunları 6 hakim idarə edəcək. Lent.az-ın məlumatına görə, bu barədə Hakimlər Komitəsinin sədri Zekeriya Alp açıqlama verib.
Alp artıq bu istiqamətdə fəaliyyətə başladıqlarını söyləyib. O, UEFA-dan da da dəstək aldıqlarını bildirib: “Növbəti mövsümdən Avropa kubokları və İtaliya liqasında olduğu kimi, Türkiyə çempionatında da bu təcrübədən yararlana bilərik”.
Qeyd edək ki, hazırda əksər ölkələr, o cümlədən Azərbaycan çempionatında oyunları 4 hakim idarə edir. Onlardan 1-i əsas, 1-i ehtiyat, 2-si yan xətt hakimləridir. 6 nəfərlik sistemdə isə daha 2 hakim qapılar arxasında durur.