Aleksandr Səmədov Rusiya yığmasından kənarlaşdırıldı
12 noyabr 2012 13:56 (UTC +04:00)

Aleksandr Səmədov Rusiya yığmasından kənarlaşdırıldı

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello ABŞ yığması ilə yoldaşlıq görüşü üçün açıqladığı heyəti qısaldıb. Lent.az-ın məlumatına görə, noyabrın 14-də Krasnodarda keçiriləcək qarşılaşmada əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov da iştirak etməyəcək.

Səmədov “Lokomotiv”in heyətində Premyer Liqanın 15-ci turunda “Anji” ilə 1:1 hesabı ilə başa çatan qarşılaşmada baldır nahiyəsindən xəsarət alıb. O, start heyətində meydana çıxsa da, zədə üzündən fasilə vaxtı əvəzlənib. Kapello Viktor Fayzullin və Diniyar Bilyaletdinovu da heyətdən kənarlaşdırıb. Onlar da zədəlidirlər. Məşqçilər heyəti yeni oyunçular çağırmamağı qərara alıb. Bu səbəbdən, Krasnodara 23 futbolçu yollanacaq.

Qeyd edək ki, Rusiya millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Bu komandalar arasında Moskvada keçirilmiş ilk qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 1:0. Aleksandr Səmədov start heyətində yer alıb və 62 dəqiqə meydanda olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266

Oxşar yazılar