Ronaldu görmə qabiliyyətini itirib
12 noyabr 2012 13:30 (UTC +04:00)

Ronaldu görmə qabiliyyətini itirib

0
İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kriştianu Ronaldu oyun vaxtı görmə qabiliyyətini itirib. Lent.az-ın məlumatına görə, hadisə La Liqa matçında “Levante”nin oyunçusu David Navarro ilə toqquşma nəticəsində baş verib.

3-cü dəqiqədə oyun epizodu zamanı Navarronun dirsəyi portuqaliyalı yarımmüdafiəçinin gözünə dəyib. Ronaldunun göz nahiyəsindən qan açılıb. Bununla belə, o, 21-ci dəqiqədə hesabı açıb. Futbolçu yalnız fasilə zamanı əvəzlənib.

“Kral klubu”nun baş məşqçisi Joze Mourinyo bildirib ki, ilk yarının sonlarında Ronaldunun vəziyyəti pisləşib və hər iki gözü ilə pis görməyə başlayıb. Onun durumuna noyabrın 12-də keçiriləcək tibbi müayinə nəticəsində aydınlıq gələcək.

Qeyd edək ki, görüş “Real Madrid”in qələbəsi ilə yekunlaşıb – 2:1.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2141

Oxşar yazılar