Futbolçu Taysonun zərbəsi də ən qüvvətli oldu
10 noyabr 2012 18:49 (UTC +04:00)

Futbolçu Taysonun zərbəsi də ən qüvvətli oldu

Ukraynanın “Metallist” klubunda çıxış edən futbolçu Taysonun Norveç “Rusenborq”unun qapısından keçirdiyi top “əsrin qolu” adlandırılıb. Lent.az-ın məlumatına görə, bu barədə “Rusenborq”un yarımmüdafiəçisi Borjek Doçkal açıqlama verib.

O, noyabrın 8-də Xarkovda keçirilmiş görüşün 4-cü dəqiqəsində braziliyalı hücumçunun endirdiyi zərbəni nəzərdə tutaraq, “Belə bir qolu həyatım boyunca görməmişdim. Bu, yüz faiz ilin, bəlkə də əsrin qoludur” deyib.

Tayson cinah “asma”sından sonra dərhal topa saxlamadan uçuşla zərbə vurub. Top heç bir maneəsiz “Rusenborq”un qapısına daxil olub.

Qeyd edək ki, K qrupunda yer alan “Metallist” Norveç komandasını 3:1 hesabı ilə yenərək, xallarını 10-a çatdırıb və vaxtından əvvəl 1/16 finala vəsiqəni təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432

Oxşar yazılar