“Barselona” 6 dəqiqə 51 saniyəyə devrildi
Şotlandiyanın “Seltik” klubu futbol üzrə Çempionlar Liqasının IV tur matçında yendiyi İspaniya “Barselona”sı ilə matçda cəmi 6 dəqiqə 51 saniyə ərzində topa hakim ola bilib. Lent.az-ın məlumatına görə, ikinci yarıda meydan sahibləri topla cəmi 47 saniyə oynayıblar.
Əvəzində “Barsa”nın oyunçuları 90 dəqiqə boyunca 902 dəqiq ötürmə verib və “Seltik”in qapısına 25 zərbə vurub. Bunlardan yalnız birində qol qeydə alınıb. Lakin uzatma dəqiqələrində Lionel Messinin qolu təsəllidən başqa bir şey olmayıb. Əvəzində “Seltik”in oyunçularından 21-ci dəqiqədə Viktor Vanyama, 83-cü dəqiqədə isə Toni Uayt fərqlənib.
Qeyd edək ki, “Seltik”in 2:1 hesablı qələbə qazandığı görüşdə “Barselona” futbol tarixində görünməmiş statistikanın qurbanı olub.

2390